Qubaya 30 kürd ailəsi köçürülüb

 

         Onların Gimil-Qazma və Cici kəndləri ərazisində yerləşdirildiyi bildirilir

 

Gəlmələrin problemləri iləsə nazir-oliqarxların birinin İlham adlı yaxın qohumu məşğul olur

 

PKK-nın Azərbaycanda möhkəm dayaqları olması heç kimə sirr deyil. PKK terror təşkilatının lideri Abdulla Öcalan bunu məhkəmə zamanı verdiyi ifadəsində də bildirib. Təşkilatın himayədarları ora maliyyə cəhətdən yardım etməklə kifayətlənmirlər, onlar eyni zamanda xaricdə yaşayan qatı PKK-çıların ölkədə kompakt şəkildə məskunlaşmasına da şərait yaradırlar.

 

Bir qədər əvvəl kürdlərin Azərbaycanın qərb bölgəsində kütləvi şəkildə məskunlaşdırılması barədə mətbuatda xəbərlər dolaşırdı. Yazılanlara görə, onlar əsasən Qazax, Tovuz, Şəmkir, Gəncə və Xanlar zonasında yerləşdirilirdi. Elə bu da səbəbsiz deyil. Çünki adıçəkilən ərazidə yerli əhalinin əksəriyyətini türklər təşkil edir. Burada kürdlərin sayını süni şəkildə artırmaqla yerli türklərə onlar vasitəsilə təsir etmək niyyəti güdülür.

Azərbaycanda kürdlərin sayının artırılması PKK-nın fəaliyyət planına daxildir. Hakimiyyətdə təmsil olunan kürdəsillilər soydaşlarını tarixən türklərə məxsus ərazilərdə yerləşdirməklə həm də öz maraqlarını təmin etmiş olurlar. Məqsəd isə regionda kürdlərin sayını artırmaqla etnik problem yaratmaq, yerli əhalini sıxışdıraraq onları ərazilərdən didərgin salmaq və bu torpaqlara sahib çıxmaqdır. Vaxtilə ermənilərin türklərin başına gətirdiyi təcrübəni indi də PKK simpatizanları və onların dəstəkçiləri həyata keçirmək niyyətindədir.

Bir müddət kürd köçü intensiv xarakter alsa da, bir neçə ay idi ki, köçə aram verilmişdi. Amma deyəsən, belə deyil. Dünən çox etibarlı mənbədən aldığımız məlumata görə, bir qədər əvvəl Qubanın bir neçə kəndinə 30-a yaxın kürd ailəsi köçürülüb. Mənbənin məlumatına görə, əsasən Türkiyədən gələn kürd ailələrin bir qismi Qubanın Gimil-Qazma kəndində yerləşdirilib. Təxminən 10-a yaxın ailə isə Cici kəndinin yaxınlığında “qazmalar” deyilən ərazidə məskunlaşdırılıb. “Qazmalar” adlanan ərazidə isə hələ sovetlər dönəmində yerli sovetliyin mal fermaları olub. Indinin özündə də həmin yerdə bəzi tikililər mövcuddur.

Mənbənin məlumatına görə, köçürülən kürd ailələri, necə deyərlər, taleyin ümidinə buraxılmayıb. Onların problemləri ilə İlham adlı şəxs məşğul olur. Həmin İlham isə azərbaycanlı nazir-oliqarxların birinin yaxın qohumudur. Əslində biz həmin nazirin adını bilirik. Sadəcə sözügedən məsələylə bağlı bəzi dəqiqləşdirməyə də ehtiyac var.

Mövzuya qayıdacağıq.

 

 

Ervin Mirzə

 

Azadlıq.- 2009.- 12-13 aprel.- S. 8.