Kitab yaz, mükafat al

 

Azərbaycanda ilk dəfə Milli Kitab Mükafatı təsis edildi

 

Azərbaycanda Milli Kitab Mükafatı təsis edildi. Mükafatın təsisçisiƏli Nino” kitabxana şəbəkəsinin sahibəsi Nigar Köçərlidir. Dünən Axundov adına kitabxanada yeni mükafatın təqdimat mərasimi oldu. Azərbaycanda populyar şirkətlərin – “Azərsell”, “Azərsun”, “Qarant sığorta”nın sponsorluq etdiyi mərasimə mədəniyyət turizm naziri Əbülfəs Qarayev, yazarlar Çingiz Abdullayev, Vaqif Səmədoğlu, Afaq Məsud, Günel Anarqızı, Şərif , deputat Rəbiyyət Aslanova bir sıra qəzet redaktorları qatılmışdı.

Hamını bəzər, özü lüt gəzər

Tədbirə qatılan hər bir kəsəAzərsun”un kiçik hədiyyəsi - çanta bağışlanırdı. Ən nəfis hədiyyə isəVeysəloğluşirkətindən idi. Şirkətin xanım təmsilçisi hamımızaƏli Nino” əsərinin yüksək tərtibatlı nümunəsini paylayırdı. “Veysəloğlunədənsə beynimə un şirkəti kimi həkk olunmuşdu. Ona görə özümü saxlamayıb xanımdan soruşdum:

- Sizin şirkət, deyəsən, un satışı ilə məşğuldur?

- Yox, biz şirniyyatın xaricdən gətirilib Azərbaycanda paylanmasını həyata keçiririk

- Bəs bu kitabı yaxşı çap edib paylayırsınız?

- Bizim rəhbərimizin bu əsərdən xoşu gəlir. Ona görə bu kitabdan min nüsxə hazırladıb hamıya payladır.

- Siz özünüz bu əsəri oxumusuz?

- Yox. Mən rusdilliyəm

Əbülfəs Qarayev gənc yazar arzusunda

Tədbirin açılışını nazir Əbülfəs Qarayev etdi. Azərbaycanda son illərdə dövlətin kitabların təbliği istiqamətində işlər gördüyünü qeyd edən cənab Qarayev buna misal kimi yaxınlarda Bakıda keçirilən Beynəlxalq Kitab Sərgisini Qızıl kəlməmükafatlarını sadaladı. O, kitabxanaların vəziyyəti ilə bağlı çoxsaylı tənqidlə üzləşdiklərini etiraf etdi. Amma buna cavab olaraq nazir anlaşılmaz fikir söylədi: “Tənqidlər olsa da, olmasa da biz kitabxana islahatlarını davam etdirəcəyik. hesab edirik ki, kitabxanalar müasirləşməli, oxucularına yeni dövrün tələblərinə cavab verəcək həddə xidmət göstərməlidir”.

Dövlətlə yanaşı vətəndaşların da kitab işində təşəbbüskar olmasının vacibliyini qeyd edən Ə.Qarayev bu sahədəƏli Nino” kitabxanalar şəbəkəsinin fəaliyyətini müsbət dəyərləndirdi. Yeni təsis olunan mükafat haqda isə nazir: “Ümidvaram ki, bu mükafat ağsaqqal, ağbirçək yazarlarla yanaşı, yeni gənc yazarların da üzə çıxmasına yardımçı olacaqdedi.

 

Mükafatın şərtləri

 

Daha sonra mükafatın təsisçisi Nigar Köçərli layihə haqda məlumat verdi. O dedi ki, məqsədləri Azərbaycan ədəbiyyatına ictimai diqqəti cəlb etmək, müasir ədəbiyyatın sosial önəmini artırmaq yeni əsərlərin dərcidir. Mükafatın Münsiflər Heyətində Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Azərbaycan Curnalistlər Birliyinin sədri Elçin Şıxlı, kinorecissor Ramiz Fətəliyev, şair Vaqif Səmədoğlu, deputat Rəbiyyət Aslanova, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “XəzərUniversitəsinin rektoru Hamlet İsaxanlı, teleaparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov Muğam” internet radiosunun rəhbəri Elnur Baimov təmsil olunur.

Nigar xanımın sözlərinə görə, Milli Kitab Mükafatı layihəsi bir neçə mərhələdə həyata keçiriləcək. Müsabiqəyə hekayələr, povestlər, romanlar başqa nəsr əsərləri qəbul olunacaq. Müəllifin vətəndaşlığından asılı olmayaraq Azərbaycan dilində yazılmış bütün əsərlər əsərin dilindən asılı olmayaraq Azərbaycan vətəndaşının yazdığı əsərlər təqdim edilə bilər. Bu əsərlərin həcmi 40 min çap işarəsindən az olmalıdır. Milli Kitab Mükafatının təqdimat günündən 10 il əvvəlki (1999-cu ilin noyabrından üzü bəri) müddətdə yazılan əsərləri Münsiflər Heyəti nəzərdən keçirəcək. Namizəd əsərlərin müəlliflərinə yaş, cins, yaşayış yeri əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Əsərləri yalnız müəlliflər təqdim etməlidir. Bura həm dərc olunan, həm dərc olunmayan əsərlər daxildir.

Birinci yer tutana 3 min manat hədiyyə

Namizəd əsərlərin son qəbul tarixi 31 dekabr 2009-cu ilədəkdir. 2010-cu il yanvarın 26-da 20 əsər seçilərək Münsiflər Heyətinin dəyərləndirməsinə veriləcək. Fevralın 10-da 10 əsərin daxil olduğu siyahı Milli Kitab Mükafatının rəsmi internet səhifəsində yerləşdiriləcək arzu edənlər üçün online səsvermə imkanı yaradılacaq. May ayının 1-də isə 3 qalibin adı elan olunacaq.

Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə 2000, üçüncü yerin qalibinə isə 1000 manat həcmində mükafat veriləcək. Ən yaxşı 10 əsər dərc olunaraq dövlət kitabxanalarına təhsil ocaqlarına paylanacaq.

Qarant sığorta Gənclər İdman Nazirliyinin gənclər arasında ədəbiyyata marağı artırmaq gənc yazarları dəstəkləmək üçün müsabiqə çərçivəsində 1 000 manat dəyərində mükafatları olacaq. Layihə barədə daha geniş məlumatları www.mkm.az internet saytından almaq olar.

 

Natiq Güləhmədoğlu

 

Azadlıq.- 2009.- 4 noyabr.- S.15.