Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti
Əlahəzrət Şeyx
Xəlifə Bin Zaid Al Nəhəyana
Əlahəzrət!
Qardaşınız şeyx Əhməd bin Zaid Al Nəhəyanın faciəli şəkildə həlak olması xəbərindən son dərəcə kədərləndim.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 mart 2010-cu il
Azərbaycan.- 2010.- 1 aprel.- S. 1.