Gəncədə şərqşünas alim Aida İmanquliyevanın xatirə otağı yaradılmışdır

 

Gəncədəki Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın həyat fəaliyyətini əks etdirən xatirə otağı yaradılmışdır.

Otaqda Aida İmanquliyevanın şərqşünaslıq elminə bəxş etdiyi töhfələr, eləcə onun Azərbaycanda bu elmin inkişafındakı xidmətləri geniş şəkildə öz əksini tapmışdır.

Məktəbin direktoru Zakir Hüseynov demişdir ki, xatirə otağının yaradılmasında əsas məqsəd görkəmli alimin irsini təbliğ etməklə yanaşı bu elmi məktəblilərə sevdirməkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 1  aprel.- S.  11.