Dövlətimizin başçısı Müdafiə Sənayesi Nazirliyinin Şirvan telemexanika zavodunda aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin telemexanika zavodunda aparılmış yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlətimizin başçısı zavodun həyətində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.

Sonra Prezident İlham Əliyev zavodda yeni istehsal sahəsini işə saldı.

Məlumat verildi ki, telemexanika zavodu 1981-ci ildə fəaliyyətə başlamışdır. 1993-cü ildən 2005-ci ilədək zavod Dövlət Xüsusi Maşınqayırma Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir. Telemexanika zavodu 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. Zavod nazirliyin tərkibinə keçəndən sonra müvafiq bərpa yenidənqurma işləri aparılmış yeni istehsal sahələri yaradılmışdır. Prezident İlham Əliyev 2007-ci ilin dekabrında Şirvana səfəri çərçivəsində bu müəssisənin açılışında iştirak etmişdir. Son iki ildə müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilmiş, burada dünyanın inkişaf etmiş ölkələrində istehsal olunan dəzgah, avadanlıq istehsal xətləri quraşdırılmışdır. Nəticədə qısa müddətdə müəssisə dövlət sifarişlərini yerinə yetirməklə yanaşı, iqtisadiyyatın müxtəlif sahələri üçün avadanlıq ehtiyat hissələrinin istehsalına başlamışdır.

Bildirildi ki, buradakı beş yeni istehsal sahəsində 140-dan çox yeni yeri yaradılmışdır. Hazırda müəssisədə 330 nəfər çalışır. Müəssisədə müdafiə təyinatlı məhsullarla yanaşı, müxtəlif növ mülki məhsulların istehsalı da qaydaya salınmışdır.

Dövlətimizin başçısı müəssisədə istehsal olunan məhsullardan ibarət sərgiyə baxdı.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  2 aprel.- S.  3.