Xalq şairinin xatirəsi anılmışdır

 

Azərbaycan Yazıçılar Birliyinin kollektivi, ziyalılar Fəxri xiyabana gələrək xalq şairi, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, ictimai xadim Rəsul Rzanın vəfatının ildönümü ilə əlaqədar məzarını ziyarət etmiş, üzərinə tər güllər düzmüşlər.

Mərasimi xalq şairi, Yazıçılar Birliyinin katibi Fikrət Qoca açaraq Azərbaycan ədəbiyyatının mədəniyyətinin inkişafında Rəsul Rzanın xidmətlərindən danışmışdır. Rəsul Rzanın 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığını, Azərbaycan Yazıçılar İttifaqının sədri, kinematoqrafiya naziri, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Asiya Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri, Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri kimi vəzifələrdə çalışdığını vurğulayan natiq onun çoxcəhətli fəaliyyətinin əhəmiyyətindən danışmışdır.

Əməkdar incəsənət xadimi Yusif Həsənbəy, tanınmış şair Ədalət Əsgəroğlu başqaları Rəsul Rzanın ədəbiyyata novator şair kimi gəldiyindən, geniş auditoriyanın maraqla qarşıladığı əsərlərindən, gənclərə diqqət qayğısından söz açmış, onunla bağlı xatirələrini söyləmişlər.

Xalq yazıçısı Anar ailə üzvləri adından atasının xatirəsinə göstərdikləri ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  2 aprel.- S.  7.