Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Qılıncoynatma Federasiyasının Prezidenti Alişer Usmanovu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovu qəbul etmişdir.

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanov Azərbaycanda idmana, o cümlədən Qılıncoynatma Federasiyasının fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, əminliklə qeyd etdi ki, bu idman növü üzrə yaxşı ənənələrə malik olan Azərbaycanda dövlət səviyyəsində göstərilən qayğının nəticəsində idmançılarımız yeni uğurlar qazanacaqlar.

Dövlət başçısı qılıncoynatma üzrə gənclər yeniyetmələr arasında dünya çempionatının ölkəmizdə keçirilməsinin əhəmiyyətinə toxunaraq Beynəlxalq Qılıncoynatma Federasiyasının onun prezidentinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirdi. Azərbaycanda ümumilikdə idmanın onun ayrı-ayrı növlərinin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu cür tədbirlərin keçirilməsinin Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığının daha da genişlənməsi ölkəmizdə qılıncoynatma idman növünün sürətlə inkişafı işinə təkan verəcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  3 aprel.- S.  1.