Azərbaycan və Avstriya arasında İKT sahəsində əməkdaşlıq
üçün potensial
imkanlar vardır
Rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasov Avstriya-Azərbaycan
Ticarət Palatasının (ATAZ) sədri Alon Şklarek ilə
görüşmüşdür.
Nazirlikdən
bildirmişlər ki, Ə.Abbasov yarandığı qısa
müddətdə Avstriya-Azərbaycan Ticarət
Palatasının çoxşaxəli fəaliyyətini
yüksək qiymətləndirmiş, iki ölkə
arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində
əməkdaşlıq üçün potensial imkanların
olduğunu vurğulamış, bu istiqamətdə Avstriya
şirkətlərini maraqlandıracaq milli və beynəlxalq
proqramlar barədə məlumat vermişdir.
Nazir Azərbaycanda
yaradılması nəzərdə tutulan regional innovasiya
zonaları, Şərq-Qərb super informasiya magistralı, Azərbaycanın
telekommunikasiya peykinin buraxılması layihələrini diqqətə
çatdırmışdır.
ATAZ-ın sədri Alon
Şklarek iki ölkə arasında İKT sahəsində
işbirliyi qurulması üçün mümkün variantlar
barədə danışmışdır.
Görüşdə
birgə müəssisələrin yaradılması
üçün investisiya qoyulması imkanları barədə
təkliflər hazırlanmasının məqsədəuyğunluğu
qeyd edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 3
aprel.- S. 4.