Azərbaycanın pravoslav xristian icmasına

 

Hörmətli həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə sizi - Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu diləklərimi yetirirəm.

Azərbaycanda tarixən xalqlar arasında mehriban dostluq qardaşlıq münasibətləri mövcud olmuş, səmavi dinlər qarşılıqlı hörmət etimad şəraitində, dinc yanaşı fəaliyyət göstərmişdir. Yüksək əxlaqi dəyərlərə əsaslanan tolerantlıq mühitində ölkəmizin bütün milli azlıqları öz etnik-dini adət-ənənələrini, dil mədəniyyətini günümüzəcən yaşatmışlar. Müasir mərhələdə tarixi-mənəvi irsin etnik-mədəni müxtəlifliyin qorunub saxlanması Azərbaycan hökumətinin xüsusi diqqət qayğıyla yanaşdığı məsələlərdəndir.

Bu gün çoxmillətli çoxkonfessiyalı Azərbaycan cəmiyyətində özünəməxsus yeri olan pravoslav xristian icması ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, ölkədə təmin olunmuş demokratik-hüquqi şəraitdən tam yararlanmaqla, milli-dini ayin mərasimlərini azad sərbəst şəkildə yerinə yetirir. Azərbaycanda hər il təntənə ilə qeyd edilən Pasxa bayramı da belə mərasimlərdəndir.

Bu əziz bayram günündə bir daha hər birinizə cansağlığı, xoşbəxtlik, ailələrinizə əmin-amanlıq arzulayıram.

Bayramınız mübarək olsun!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2010-cu il

 

Azərbaycan.- 2010.-  4 aprel.- S.  1.