“Azərbaycan Respublikasının 2004-cü il 18 iyun tarixli 690-IIQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu “Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında” 1990-cı il tarixli Beynəlxalq Konvensiyanın icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 1205 nömrəli sərəncamında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. “Azərbaycan Respublikasının 2004-cü il 18 iyun tarixli 690-IIQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu “Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında” 1990-cı il tarixli Beynəlxalq Konvensiyanın icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 1205 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹12, maddə 1195) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci bənddə “orqanlar qismində öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi” sözləri “orqan qismində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.2. 2-ci bənddə “orqanlar qismində öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin” sözləri “orqan qismində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, “Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında” 1990-cı il tarixli Beynəlxalq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (a) (i) yarımbəndində nəzərdə tutulmuş səlahiyyətli milli orqan qismində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təyin edilməsi barədə Beynəlxalq Dəniz Təşkilatının Baş Katibinə müvafiq bildiriş göndərsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2010-cu il.

 

Azərbaycan.- 2010.-  6 aprel.- S.  1.