Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Bundestaqının üzvü, Ümumdünya
Bərpa Olunan Enerji Şurasının həmsədri Hermann Şheeri qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədri Hermann Şheeri qəbul etmişdir.
Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədri Hermann Şheer Azərbaycanda sürətli iqtisadi inkişafın getdiyini qeyd etdi. Ölkəmizdə energetika sahəsində böyük uğurlar əldə olunduğunu bildirən qonaq Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin bərpa olunan enerji potensialından səmərəli şəkildə istifadə edilməsinə diqqət yetirdiyini dedi. O, Azərbaycanın dünyada alternativ enerji mənbələrinə böyük önəm verən ölkələrdən biri olduğunu vurğulayaraq qeyd etdi ki, səfərinin məqsədi bu sahədə Azərbaycanda həyata keçirilən işlərin hazırkı vəziyyəti və perspektivləri ilə yaxından tanış olmaqdan ibarətdir.
Dövlət
başçısı ölkəmizdə
iqtisadiyyatın bütün
sahələrinin uğurla
inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda
həyata keçirilən
uğurlu enerji siyasəti ölkəmizin
uzunmüddətli enerji
təminatının möhkəm
əsaslarını yaradıb.
Dövlət başçısı
qeyd etdi ki, hazırda Azərbaycan alternativ enerji mənbələrinin
yaradılmasına böyük
diqqət verir və bu sahədə
dünyanın qabaqcıl
şirkətləri ilə
əməkdaşlıq etməyə
hazırdır.
AzərTAc
Azərbaycan.- 2010.- 7
aprel.- S. 1.