Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Estoniyaya dövlət səfərinə
yola düşmüşdür
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniyaya dövlət səfərinə yola düşmüşdür.
Dövlət
başçısını Heydər Əliyev adına Beynəlxalq
hava limanında Baş nazir Artur Rasizadə, Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və
Bakı Şəhəri İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov yola saldılar.
AzərTAc
Azərbaycan.- 2010.- 7
aprel.- S. 1.