"Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikasında
turizm sektorunun dayanıqlı inkişafını
təmin etmək və turizmin ölkə iqtisadiyyatının
aparıcı sahələrindən
birinə çevrilməsinə
nail olmaq məqsədilə
qərara alıram:
1. "Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"
təsdiq edilsin (əlavə olunur).
2. Bu sərəncamın
1-ci bəndində qeyd
olunan Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlərin
icrasının əlaqələndirilməsi
Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 aprel 2010-cu il
Azərbaycan.- 2010.- 7 aprel.- S. 1.