Tikinti kompleksində
səhmləri dövlət
mülkiyyətində olan
səhmdar cəmiyyətlərinin
özəlləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikasında dövlət
əmlakının özəlləşdirilməsinin
II Dövlət Proqramı"na uyğun olaraq və ölkənin tikinti kompleksinin bazar iqtisadiyyatı prinsipləri
əsasında inkişafını
sürətləndirmək məqsədilə qərara
alıram:
1. "Azərsutikinti"
və "Azərsənayetikinti"
açıq səhmdar
cəmiyyətlərinin tərkibinə
daxil olan müəssisə və obyektlər özəlləşdirilməyə
açıq elan edilsinlər.
2. "Azərenerjitikintiquraşdırma"
və "Azərnəqliyyatyoltikinti"
açıq səhmdar
cəmiyyətlərinin səhmlərinin
dövlət mülkiyyətində
olan nəzarət səhm zərfləri (51 faiz), "Azərkəndtikinti"
Açıq Səhmdar
Cəmiyyətinin səhmlərinin
dövlət mülkiyyətində
olan məhdudlaşdırıcı
hissəsi (25,5 faiz) özəlləşdirilməyə açıq elan edilsinlər.
3. Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi bu sərəncamla özəlləşdirilməyə
açıq elan edilən müəssisə
və obyektlərin, habelə səhmdar cəmiyyətlərin dövlət
mülkiyyətində olan
səhmlərinin qanunvericiliyə
uyğun olaraq özəlləşdirilməsini təşkil etsin.
4. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 aprel 2010-cu il
Azərbaycan.- 2010.- 7
aprel.- S. 1.