E.S.Rüstəmovun
Azərbaycan Respublikası Mərkəzi Bankının
sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndini
rəhbər tutaraq qərara alıram:
Elman Sirac oğlu Rüstəmov Azərbaycan
Respublikası Mərkəzi
Bankının sədri
təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 aprel 2010-cu il
Azərbaycan.- 2010.- 7
aprel.- S. 1.