Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin təkbətək görüşü
Aprelin 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi.
Ölkələrimiz arasında
müxtəlif sahələrdə
əlaqələrin genişləndirilməsi
üçün yaxşı
potensialın olduğu
vurğulandı və
münasibətlərin bundan
sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.
AzərTAc
Azərbaycan.- 2010.- 8
aprel.- S. 1.