Tallinndə Müstəqillik uğrunda mübarizə abidəsini ziyarət

 

Xüsusi müxbirimiz xəbər verir ki, Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Tallinndəkı Vabaduze meydanına gələrək Müstəqillik uğrunda mübarizə abidəsini ziyarət etmişdir.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi orkestrin ifasında Azərbaycanın Estoniyanın dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu Estoniyanın müstəqilliyi uğrunda həlak olmuş azadlıq mübarizlərinin xatirəsini yad etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  8 aprel.- S.  2.