Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın Baş naziri Andrus Ansip
ilə görüşmüşdür
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Tallinndə Estoniyanın Baş naziri Andrus Ansip ilə görüşmüşdür.
Prezident İlham Əliyev və Baş nazir Andrus Ansip şəhərin mənzərəsini seyr etdilər.
Səmimi söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, bu sahədə əlaqələrin genişlənməsi üçün yaxşı potensialın mövcudluğu vurğulandı. Azərbaycan ilə Estoniya arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Azərbaycan Prezidenti İlham Əliyev və Estoniyanın Baş naziri Andrus Ansip Elmlər Akademiyasının binasında birgə nahar etdilər.
Azərbaycan dövlətinin
başçısı Fəxri
qonaqlar kitabına ürək sözlərini
yazdı.
AzərTAc
Azərbaycan.- 2010.- 8
aprel.- S. 2.