Dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər

 

Geniş tərkibdə görüşdən sonra prezidentlər İlham Əliyev Toomas Hendrik İlves mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

 

Estoniya Prezidenti Toomas Hendrik İlvesin bəyanatı

 

- Mən çox şadam ki, əziz dostum, Azərbaycan Prezidenti İlham Əliyev hazırda Estoniyada səfərdədir. Bu, ötən il Bakıya etdiyimiz çox uğurlu səfərin davamıdır. Fəaliyyətim boyu görüşdüyüm insanlarla, xüsusən Sizin kimi yüksək intellektual səviyyəyə malik şəxsiyyətlərlə hər zaman yaxşı müzakirələrimiz olub.

Təbii ki, ölkələrimiz arasında münasibətlər çox yaxşıdır. Azərbaycan Xəzər regionunun aparıcı ölkəsi kimi əsrlər boyu enerji sahəsində əsas iştirakçı olub. Biz əminliklə qeyd edə bilərik ki, Azərbaycan ilə Estoniya bir-biri ilə rəqabət aparan deyil, bir-birini tamamlayan ölkələrdir. Elə cənab Prezident bunu belə qeyd etdi. Ölkələrimiz qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni yolları birgə müəyyən edə bilər.

Biz Avropa İttifaqının üzvü kimi istəyirik ki, Avropa İttifaqı Dünya Ticarət Təşkilatına üzvlük digər bu kimi mühüm məsələlərdə Azərbaycanı daha dəstəkləyici mövqe ilə çıxış etsin. Avropa İttifaqının üzvü kimi Estoniya Azərbaycan ilə əlaqələri daha da sıx qurmaqda maraqlıdır. Biz bundan sonra çalışacağıq ki, bu məsələyə bacardığımız qədər töhfəmizi verək. Çünki hesab edirik ki, Azərbaycan Avropanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir. Avropanın gələcəyindən asılı olmayaraq, Azərbaycan Avropanın ən mühüm tərəfdaşı qonşularından biri olaraq qalacaqdır.

Biz bu gün burada bir çox məsələləri müzakirə etdik. Onların sırasında ikitərəfli münasibətləri, qonşu ölkələrlə əlaqələri, regional məsələləri qeyd etmək olar. Biz NATO ilə əlaqələrimizi müzakirə etdik, öz regionlarımızda təhlükəsizlik anlayışı ilə bağlı fikir mübadiləsi apardıq.

Azərbaycan Prezidentinin burada olması çox mühüm tarixə təsadüf edir. Sabah Azərbaycanın eston icmasının 100 illiyi qeyd ediləcəkdir. Bir sözlə, cənab Prezident, səfəriniz çox mühüm tarixi hadisə ilə üst-üstə düşür. Yüz il əvvəl Azərbaycanın eston icması mütəşəkkil forma alıb. Düzdür, onun formalaşması həmin tarixdən əvvələ təsadüf edir. Lakin məhz 100 il bundan öncə eston icması rəsmən qeydiyyatdan keçib. Sabah eston icmasının 100 illiyidir. Hesab edirəm ki, əlaqələrimizin 100-cü ildönümü onu göstərir ki, biz münasibətlərimizi davam etdirməliyik yeni əməkdaşlıq ideyaları ilə çıxış etməliyik. Sağ olun.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  8 aprel.- S.  2.