Azərbaycan Prezidenti İlham Əliyev Estoniyada İnformasiya-Kommunikasiya
Texnologiyaları Sərgi
Mərkəzində olmuşdur
Aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyev Tallinndə "Microlink" şirkətindəki İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgi Mərkəzində olmuşdur.
Azərbaycan dövlətinin başçısı Estoniyada İKT sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə görüşdü. Perspektiv texnologiyaların işlənib hazırlanması və tətbiqi ilə məşğul olan qurumların nümayəndələri Prezident İlham Əliyevə təmsil etdikləri şirkətlərin fəaliyyəti və məhsulları barədə ətraflı məlumat verdilər.
Dövlətimizin başçısı Sərgi Mərkəzində müxtəlif sahələrdə tətbiq olunan və müasir tələblərə cavab verən innovasiya layihələri ilə tanış oldu.
AzərTAc
Azərbaycan.- 2010.- 8 aprel.-
S. 3.