Azərbaycanın birinci xanımı Tallinn şəhərinin qədim hissəsi ilə tanış olmuşdur

 

Aprelin 7-də Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Estoniyanın birinci xanımı Evelin İlvesin müşayiəti ilə Tallinn şəhərinin qədim hissəsi ilə tanış olmuşdur.

Mehriban xanıma məlumat verildi ki, Estoniya paytaxtının nadir memarlıq inciləri ilə zəngin olan bu hissəsi şəhərə gələn turistlərin ən çox maraq göstərdiyi yerlərdən biridir. Tallinnin ən böyük kilsəsi olan XIV əsrə aid Olav da paytaxtın bu hissəsində yerləşir.

Azərbaycanın birinci xanımına mərkəzi meydanda yerləşən qədim binalar, digər kilsələr, ümumiyyətlə, Tallinnin tarixi barədə ətraflı məlumat verildi.

Sonra birinci xanımlar şəhər Ratuşasının yerləşdiyi meydana gəldilər.

Mehriban xanım Əliyevaya tarixi abidələrlə zəngin olan ərazidə yerləşən 600 illik tarixi olan Ratuşanın fəaliyyəti onun Estoniya tarixində oynadığı rol barədə danışıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8  aprel.- S.  3.