Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları
ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını
ziyarət etmişlər
Bakıda keçirilən "İNEPO-EUROASİA" ətraf mühitin mühafizəsi 4-cü Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları aprelin 7-də Fəxri xiyabana gəlmişlər. Onlar xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə tər qərənfillər düzülmüşdür.
Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsi önünə tər qərənfillər düzmüşlər.
Olimpiada iştirakçıları
buradan Azərbaycan paytaxtının mənzərəsini
seyr etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 8 aprel.- S.
4.