Bakıda Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası keçirilir

 

Azərbaycan Respublikasının Təhsil, Ekologiya Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti (ARDNŞ), İctimai Televiziya Radio Yayımları Şirkətinin dəstəyi "Çağ" Öyrətim Şirkətinin təşkilatçılığı ilə Bakıda ekologiya təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası (İNEPO-EUROASİA) başlayıb. Olimpiadanın məqsədi Azərbaycanda dünyada artmaqda olan ekoloji problemlərin həlli ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli maarifləndirmək, şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək, ətraf mühitə qarşı həssas münasibəti formalaşdırmaq, təbii, mədəni, tarixi sosial estetik dəyərləri qorumaqdır.

Bununla bağlı keçirilən mətbuat konfransında "Çağ" Öyrətim Şirkətinin baş idarə rəisi Arif Gömləksiz bildirib ki, olimpiada artıq 4-cü ildir keçirilir. İlk dəfə 2007-ci ildə Azərbaycanda keçirilən bu olimpiadada dünyanın 17 ölkəsindən 70-ə yaxın şagird iştirak edib. 2008-ci ildə 30 ölkədən 200-ə qədər şagird biliyini sınayıb. Ötən il iştirakçı ölkələrin sayı 31-ə çatıb. 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan olunmasına həsr edilən builki olimpiadada isə 33 ölkədən 300-ə qədər iştirakçı yarışacaq. Olimpiadanın təşkilat komitəsinə bu il 300-dən çox layihə təqdim olunub onlardan 97-si (45-i Azərbaycandan, 52-si xarici ölkələrdən) seçilərək münsiflər heyətinin müzakirəsinə verilib. Münsiflər heyətində 20-dən çox xarici ölkədən, 47-si isə Azərbaycandan olan təcrübəli alimlər təmsil olunur.

"Çağ" Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən isə bildirib ki, son 16 ildə şirkətin lisey məktəblərinin şagirdləri Azərbaycana dünyanın müxtəlif ölkələrində keçirilən olimpiadalarda 75-i qızıl olmaqla 358 beynəlxalq dərəcəli medal gətiriblər. E.Özeren deyib ki, bu il keçirilən olimpiadanın büdcəsi 500 min manatdır. Onun 300-350 min manatını ARDNŞ ayırıb. Layihə çərçivəsində dəvətnamə kimi Türkiyədən xüsusi olaraq gətirilmiş üç min yaşıl cücərti göndərilib. Olimpiadada "Çağ" Öyrətim İşlətmələri Şirkətinin maddi bazasından istifadə olunacaq.

Olimpiadanın açılışı sabah Bakı Əl Oyunları Sarayında olacaq, aprelin 10-da isə qaliblər mükafatlandırılacaqlar.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.-  8 aprel.- S.  9.