Azərbaycan Prezidenti İlham Əliyevin Estoniyaya dövlət səfəri
Dövlətimizin başçısı
Estoniyanın Xarici İşlər Nazirliyində
mühazirə ilə
çıxış etmişdir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Tallinndə Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış etmişdir.
Dövlətimizin başçısı əvvəlcə Avropa İttifaqı Nazirlər Şurasının keçmiş baş katibi, hazırda qurumun ümumi xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana və ABŞ dövlət katibinin keçmiş müavini Strob Talbotla görüşdü.
Tədbirin aparıcısı
görüşü açaraq
dedi:
- Zati-aliləri,
xanımlar və cənablar, sizi salamlayırıq. Bu gün
buraya, Estoniya Xarici Siyasət İnstitutuna gəlmiş
olduqca xüsusi qonağımız, Azərbaycan
Prezidenti cənab İlham Əliyevi görməkdən çox
məmnunuq. Bu, Azərbaycan
Prezidentinin Estoniyaya
ilk dövlət səfəridir.
Buna görə, hesab edirəm ki, səfər çox əhəmiyyətlidir. Cənab
Prezident bu gün mühazirə söyləməyə razılıq
vermişdir və mən sizin qiymətli vaxtınızı
almaq istəmirəm. Beləliklə, cənab Prezident,
sözü birbaşa
Sizə verirəm.
Buyurun.
Azərbaycan.- 2010.- 9
aprel.- S. 1.