Səfər başa çatdı

 

 Aprelin 8-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin Tallinndə, Kadriorqdakı Prezident sarayında rəsmi yolasalma mərasimi olmuşdur.

Azərbaycanın Estoniyanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Estoniya Prezidenti Toomas Hendrik İlves xanımı Evelin İlves Azərbaycan Prezidenti İlham Əliyevi xanımı Mehriban Əliyevanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın Estoniyanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Estoniya Prezidenti Toomas Hendrik İlves Azərbaycan nümayəndə heyətinin üzvləri, Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın dövlət hökumət nümayəndələri ilə sağollaşdılar.

Estoniya Prezidenti Toomas Hendrik İlves xanımı Evelin İlves Azərbaycan Prezidenti İlham Əliyevi xanımı Mehriban Əliyevanı yola saldılar.

 

* * *

 

 Prezident İlham Əliyev Tallinnin Lennart Meri adına Beynəlxalq Hava Limanından Bakıya yola düşdü.

 

* * *

 

Dövlətimizin başçısı həmin gün Bakıya qayıtdı.

Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  9 aprel.- S.  2.