Ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət

 

 Mavritaniya İslam Respublikasının xarici işlər naziri xanım Naha Mint Muknassın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti aprelin 8-də Fəxri xiyabana gəlmişdir. Mavritaniyalı qonaqlar xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  9 aprel.- S.  4.