Vyetnamın Baş nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

 Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikası Baş nazirinin müavini Hoang Çunng Hay aprelin 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Vyetnam hökuməti başçısının müavini görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzmüşdür.

Daha sonra qonaq Şəhidlər xiyabanında Azərbaycanın azadlığı suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edərək, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşdur.

 

 

Azərbaycan.- 2010.- 9 aprel.- S.  4.