Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının genişləndirilməsi Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Avropa İttifaqının genişləndirilməsi Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Avropa İttifaqının komissarı Ştefan Fülenin ölkəmizə səfərinin Azərbaycan ilə Avropa İttifaqı arasında uğurla inkişaf edən əməkdaşlığı həyata keçirilən proqramları müzakirə etmək üçün yaxşı fürsət yaratdığını dedi. Əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın gələcəkdə daha çox sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirdi.

Avropa İttifaqı ilə Azərbaycanın əlaqələrinə toxunan Ştefan Füle bildirdi ki, səfərinin məqsədi əməkdaşlığın hazırkı vəziyyəti perspektivləri, əlaqələrimizin daha da genişləndirilərək irəli aparılması ilə bağlı məsələlərin müzakirə edilməsindən ibarətdir.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının müxtəlif sahələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, "Şərq tərəfdaşlığı" Proqramı, energetika sahəsində əməkdaşlıq digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  10 aprel.- S.  1.