Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə xarici işlər nazirinin müavini Firudin Sinirlioğlunu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyə xarici işlər nazirinin müavini Firudin Sinirlioğlunu qəbul etmişdir.

Türkiyə xarici işlər nazirinin müavini Firudin Sinirlioğlu Türkiyə Prezidenti Abdullah Gülün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını Türkiyə Baş nazirinin məktubunu dövlətimizin başçısına çatdırdı.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların vəziyyəti barədə danışdı.

Firudin Sinirlioğlu Türkiyə-Ermənistan münasibətlərinin hazırkı durumu barədə məlumat verdi.

Görüşdə Türkiyə-Azərbaycan dostluq qardaşlıq münasibətlərinin inkişafı perspektivlərinə dair məsələlər müzakirə edildi.

Dövlətimizin başçısı Prezident Abdullah Gülün Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə Baş nazirə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  10 aprel.- S.  1.