Braziliya Federativ Respublikasının Prezidenti
zati-aliləri cənab
Luis İnasiu Lula Da Silvaya
Hörmətli cənab Prezident!
Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Braziliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 aprel 2010-cu il
Azərbaycan.- 2010.- 10 mart.- S. 1.