BELTA-nın yeni layihəsi böyük qələbəyə həsr olunmuşdur

 

BELTA agentliyinin xəbərinə görə, aprelin 8-də Vitebskdə Belarus Teleqraf Agentliyinin "Qaliblər" fotosərgisi açılmışdır.

BELTA-nın Böyük Vətən müharibəsində Qələbəyə həsr olunmuş yeni layihəsi 1941-1945-ci illərdə öz həyatı bahasına sülhün azadlığın bərqərar edilməsinə nail olmuş insanlardan bəhs edir. Müxtəlif illərə aid olan əksəriyyəti BELTA-nın fotomüxbirləri tərəfindən çəkilən nadir fotoşəkillərdə Böyük Vətən müharibəsinin iştirakçıları əks olunmuşdur.

Maraqlıdır ki, fotolarda silah-səngər, dağıntılar, əsgər sıraları, demək olar ki, görünmür. Bu sərgi yalnız ayrı-ayrı adamlardan bəhs edir. Ekspozisiya ilə tanış olan hər kəs keçmişi dərk edib bugünü anlayacaq, həyatı böyük vergi, ölümün caynağından qoparılmış dəyər kimi qəbul edəcəkdir.

Açılış mərasimində müharibə veteranları, BELTA-nın baş direktoru Dmitri Juk başqaları iştirak etmişlər.

Sərgi artıq Mogilyovda Qomeldə nümayiş etdirilmişdir. "Qaliblər"in növbəti mənzili Qrodnodur. Mayın 2-8-də isə ekspozisiyaya Belarus sakinləri tamaşa edə biləcəklər.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Minsk

 

Azərbaycan.- 2010.-  10 aprel.- S.  6.