İçərişəhərlə tanışlıq
Bakıda səfərdə olan Mavritaniya İslam Respublikasının xarici işlər naziri xanım Naha Mint Muknassın başçılıq etdiyi nümayəndə heyəti paytaxtın görməli yerləri ilə tanış olmuşdur.
Gəzinti Qız qalası ilə tanışlıqdan başlamışdır. Bakının simvolu əzəmətli Qız qalasının tarixi barədə xanım nazirə ətraflı məlumat verilmişdir.
Sonra Qız qalasının yaxınlığında yerləşən Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki daş eksponatlarından ibarət ekspozisiyasının yenidən təşkili barədə danışılmış, bildirilmişdir ki, bu işlər müasir beynəlxalq tələblərə uyğun həyata keçirilmişdir.
Orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar sarayı kompleksi" ilə tanışlıq zamanı məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi ansamblın tikililəri İçərişəhərdəki təpələrdən birində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür.
Daha sonra qonaqlar Azərbaycanın geniş tarixi, iqtisadi-mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidələr - Buxara və Multanı karvansaraları ilə tanış olmuşlar.
Gəzintinin sonunda Filarmoniya bağında qonaqların şərəfinə çay süfrəsi təşkil olunmuşdur.
Nazir xanım Naha Mint Muknass
İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Azərbaycan.- 2010.- 10
aprel.- S. 7.