Polşa Respublikası Prezidentinin vəzifəsini icra edən Polşa Respublikası Seyminin sədri zati-aliləri cənab Bronislav Komorovskiyə

 

Hörmətli cənab Bronislav Komorovski!

Polşa xalqına bütün Avropa ailəsinə üz vermiş ağır itki - Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin xanımı Mariya Kaçinskanın, Polşa Prezidenti Administrasiyasının məsul işçilərinin, Senat Seym üzvlərinin, Polşa ordusunun yüksək rütbəli zabitlərinin təyyarə qəzasında faciəli surətdə həlak olması məni həddindən artıq sarsıtdı. Prezident Lex Kaçinskinin simasında dünya birliyi polyak xalqı yüksək mənəvi keyfiyyətlərə malik insanı, bütün həyatını fədakarlıqla xalqına həsr etmiş böyük dövlət xadimi siyasətçini itirdi. Bu dəhşətli qəza ilə bağlı mənim Polşa xalqına həlak olanların ailə üzvlərinə yaxınlarına dərin hüznlə başsağlığımı çatdırmağınızı xahiş edirəm.

Polşa ilə Azərbaycan arasında sıx dostluq əməkdaşlığın qurulmasında Prezident Lex Kaçinskinin müstəsna xidmətləri olmuşdur. Biz həm qarşılıqlı səfərlər zamanı, həm müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmüş, ən müxtəlif məsələlər ətrafında müzakirələr aparmışdıq. O, Azərbaycan xalqının dostu olmaqla yanaşı, ölkəmizdə yaxşı tanınan sevilən Avropa siyasətçilərindən biri idi. İki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycanın ən ali mükafatına - "Heydər Əliyev" ordeninə layiq görülmüşdü.

Bu çətin anlarda qardaş Polşa xalqına səbir dözüm diləyir, onun kədərinə şərik olduğumu bildirirəm. Polşa xalqının böyük oğlunun xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 aprel 2010-cu il

 

Azərbaycan.- 2010.-  11 aprel.- S.  1.