Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının ölkəmizdəki səfirliyində olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Polşa Respublikasının ölkəmizdəki səfirliyində olmuşdur.

Dövlətimizin başçısı Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin xanımı Mariya Kaçinskanın, Polşa Prezidenti Administrasiyasının məsul işçilərinin, Senat Seym üzvlərinin, Polşa ordusunun yüksək rütbəli zabitlərinin təyyarə qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar başsağlığı vermiş, matəm kitabına ürək sözlərini yazmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  13 aprel.- S.  1.