Azərbaycan Prezidenti İlham Əliyev Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və
xaricdəki qambiyalılar
üzrə naziri Usman Cammehin başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qambiyadan nazir səviyyəsində Azərbaycana ilk dəfə səfər olduğunu vurğulayan dövlətimizin başçısı bundan sonra qarşılıqlı səfərlərin davam edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev səfərin ikitərəfli əlaqələri, o cümlədən beynəlxalq məsələləri geniş müzakirə etmək üçün yaxşı imkan yaratdığını qeyd etdi.
Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammeh Qambiya Prezidenti Yəhya Cammehin salamlarını dövlətimizin başçısına çatdırdı. Nazir Qambiya Prezidentinin Azərbaycan ilə əlaqələri inkişaf etdirməyə böyük önəm verdiyini vurğuladı. Bu səfərin ölkəsi üçün çox əhəmiyyətli olduğunu deyən Usman Cammeh səfəri çərçivəsində əlaqələrimizin perspektivləri ilə bağlı səmərəli müzakirələr aparılacağına ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Qambiya Prezidenti Yəhya Cammehin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qambiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2010.- 13
aprel.- S. 1.