Qambiyanın xarici işlər naziri ümummilli liderin məzarını və Şəhidlər xiyabanını
ziyarət etmişdir
Azərbaycanda səfərdə olan Qambiyanın xarici işlər naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti aprelin 12-də Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.
Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər və "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşlar.
Nümayəndə heyəti Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 13
aprel.- S. 2.