Azərbaycanın xarici işlər naziri NATO Parlament Assambleyasının
nümayəndə heyəti
ilə görüşmüşdür
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 12-də nazir Elmar Məmmədyarov NATO Parlament Assambleyasının Siyasi Komitəsinin NATO tərəfdaşlığı üzrə Alt Komitəsinin üzvləri ilə görüşmüşdür.
Görüşdə nazir E.Məmmədyarov Azərbaycanın xarici siyasətinin prioritetləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hazırkı vəziyyət, məsələnin həllinə dair ölkəmizin mövqeyi, regional məsələlər, bölgədə həyata keçirilən layihələr, qonşu dövlətlərlə münasibətlər haqqında danışmış və nümayəndə heyəti üzvlərinin suallarını cavablandırmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 13
aprel.- S. 2.