MDU-da gənclərin "Lomonosov-2010" elmi forumu açılmışdır

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) gənclərin "Lomonosov-2010" ənənəvi 17-ci beynəlxalq elmi forumu açılmışdır.

Forumda M.V.Lomonosov adına MDU-nun Bakı filialının Bakı Dövlət Universitetinin (BDU) gənc alimləri, tələbələri aspirantları iştirak edirlər.

MDU-nun foyesində MDB gənc alimlərinin innovasiya layihələrindən nailiyyətlərindən ibarət sərgi açılmışdır. Ayrıca stenddə gənc azərbaycanlı alimlərin nailiyyətləri təqdim olunmuşdur.

MDU-nun Fundamental Kitabxanasının İntellektual mərkəzinin iclas salonunda forumun təntənəli açılışı olmuşdur. İclası açan MDU-nin rektoru Viktor Sadovniçi Smolensk ətrafında baş vermiş aviaqəzanın qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etmişdir.

V.Sadovniçi ənənəvi xarakter daşıyan tədbirin əhəmiyyətindən danışaraq demişdir ki, bu, olduqca vacib forum MDB gənclərinin təcrübə, bilik novator ideya mübadiləsi aparmaları üçün gözəl meydandır. Sonra "Müstəqil Dövlətlər Birliyi: gənclərin baxışı" seksiyasında plenar iclasın açılışı olmuşdur.

Açılış mərasimində MDB ölkələrinin dövlətlərarası orqanlarının rəhbərləri, deputatlar, milli təhsil elm nazirliklərinin nümayəndəlikləri, diplomatlar, görkəmli alimlər bir neçə min gənc alim iştirak etmişdir.

MDU-nun Bakı filialının altı tələbəsi elmi tədqiqatlarının nəticələrini geniş auditoriyaya təqdim etmək imkanı qazanmışdır.

Qeyd etmək lazımdır ki, Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bir gün əvvəl konfransın regional mərhələsindən uğurla keçən gənclərlə görüşərək, elmi tədqiqatlardan danışmışdır.

MDB məkanında nüfuzlu iri forumlarından sayılan "Lomonosov-2010" 2005-ci ildən Gənclərin Beynəlxalq Elmi Forumunun tərkib hissəsidir. Builki forum MDB-də elan edilmiş "Elm innovasiyalar ili" həsr olunmuşdur. Forum elmə can atan gənclərin fəallığını inkişaf etdirmək, onları müasir elmin aktual məsələlərinin həllinə cəlb etmək məqsədi daşıyır.

Forum çərçivəsində şagird tələbələrin fənn olimpiadaları, 17-ci Lomonosov Beynəlxalq elmi konfransı, elmi işlərin, tədqiqat innovasiya layihələrinin müsabiqəsi keçiriləcəkdir.

Forumun təşkilat komitəsinin həmsədrləri Rusiyanın təhsil elm naziri Andrey Fursenko Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidir.

Bu il forumun təşkilat komitəsinə gənc alimlərdən, MDB ölkələrinin, uzaq 60 xarici ölkənin elmə istiqamətlənmiş gənclərindən 15 mindən yuxarı ərizə daxil olmuşdur. Forumun ilkin mərhələləri MDU-nun Bakı, Sevastopol, Astana, Daşkənd Düşənbə filiallarında keçmişdir. Bundan əlavə, 15 minədək məktəbli MDU-nun forum çərçivəsində təşkil etdiyi çoxsaylı olimpiadalara qatılacaqdır.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.-  13 aprel.- S.  2.