GÜCLÜ dövlət, QƏTİYYƏTLİ
lider, PRİNSİPİAL siyasət
"Biz
öz hesabımıza yaşayırıq, yaxşı da
yaşayırıq. Bundan daha da yaxşı yaşayacağıq. Bütün
bu uğurların təməlində Azərbaycan
xalqının iradəsi, qətiyyəti, istedadı
dayanır. Bütün Azərbaycan
xalqına üz tutub deyirəm ki, mən ölkənin
Prezidenti kimi, bundan sonra da Azərbaycanın müstəqil
siyasətini aparacağam, bu yoldan dönməyəcəyəm.
Azərbaycanın uğurlu gələcəyini
təmin etmək üçün biz bundan sonra da bərabər
çalışmalıyıq".
İlham ƏLİYEV
Adətən insan tək qalanda
özünü arxasız və kimsəsiz hiss edir,
gücsüzlüyün dəhşətlərini dərindən
duyur. Bütövlükdə millət heç
zaman özünü zəif və tənha saymır. Amma tarixdə bu kimi hallar olur. Bədbəxtlikdən
Azərbaycan xalqı ötən əsrin 90-cı illərində
belə vəziyyətə düşdü.
XX əsrdə
Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyi
qazanmasına imkan yaranmışdı. Amma imperiyasevər
qüvvələr bunun qarşısını almağa
çalışırdılar.
Xəyanətkar
ermənilər torpaqlarımıza göz dikmişdilər. Havadarlarının
köməyi ilə ərazilərimizi kəndbəkənd işğal
edirdilər. "Xeyir-dua"larını
isə cəllad Qorbaçovdan almışdılar.
Keçmiş sovetlər
ittifaqının dünyaya çıxışı olan
informasiya agentlikləri və mərkəzi qəzetlər azərbaycanlıları
"vəhşi və qaniçən", erməniləri
isə "məzlum və zavallı millət" kimi
dünyaya təqdim edirdi. İkili
standartların aludəçisi olan beynəlxalq qurum və təşkilatlar
isə haqqı nahaqqa qurban verməyə
başlamışdılar.
Bütün
bunlarla bahəm Moskva müstəqillik niyyətinə
düşən Azərbaycana qulaqburması vermək və digərlərinə
də görk etmək üçün 20 yanvar 1990-cı ildə
Bakıya tərkibi əsasən ermənilərdən ibarət
olan qoşun yeritdi, dinc əhalini güllə-barana tutdu. Mərkəzdən
ədalət və kömək gözləyən
qırmızı ordunu "humanist və xilaskar" kimi
tanıyan, "xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi"
şüarı altında tərbiyələndirilən xalq
çaş-baş vəziyyətinə düşdü.
Moskva ermənilərin fitvası ilə
qırmızı ordunun silahları və zirehli texnikası
vasitəsilə haqq-ədalət tələb edən,
"torpaqdan pay olmaz" söyləyən insanları
qırdırırdı. Televiziya və radio işləmir,
qəzetlər çıxmır, xalqın başına gətirilən
müsibətlər dünyaya təhrif edilmiş formada
çatdırılırdıE
Millət təklənmiş,
köməksiz və aciz vəziyyətə
salınmışdı.
Həqiqi rəhbər xalqına arxa və dayaqdır
Bu zaman sanki möcüzə baş verdi. Böyük siyasətdən
uzaqlaşdırılmış, həyatı təhlükə
qarşısında olan ulu öndər Heydər Əliyev
Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək
bu qırğına, haqsızlığa qəzəb və
etirazını bildirdi. "Bu qırğını
törədənlər tarix qarşısında məsuliyyət
daşıyırlar" - dedi. Sanki aydın səmada
şimşək çaxıb, göy guruldamışdı.
Görünməmiş bir cəsarət - Kreml
və onun ikiüzlü siyasəti ifşa edilirdi. Xalq bu
cəsarətdən və hadisəyə dərhal verilən
syasi qiymətdən təskinlik tapdı:
Əsl həqiqət ucadan
söylənmişdi!
Murdar niyyətlər ifşa
edilmişdi!
Mərkəzin ikiüzlü
siyasətinin mahiyyəti açıqlanmışdı!
Azərbaycan xalqı daha
özünü kimsəsiz və arxasız hesab etmirdi! Onun
dadına yetəni, sözünü deyəni, düşmənlərini
faş edəni vardı!
Bir şəxsiyyət xalqa
arxalı olduğunu xatırlatdı!
Milyonlar bir nəfərin
şəxsində özünü güclü və
inamlı hiss etdi!
Həqiqi rəhbər
xalqına arxa və dayaqdır - müdrik deyimi tarixi məqamda
bir daha təsdiqini tapdı!
Öz
xalqına və millətinə bağlı olmayan,
dünyanın gərdişindən baş açmayan, maymaq və
bacarıqsız başbilənlərinin
ağrı-acısını Azərbaycan xalqı çox
çəkmişdi. Ermənistandan qovulan
soydaşlarımızı Dağlıq Qarabağda məskunlaşmağa
qoymayan "ermənilər geri qayıdır" deyə xalqa
gözaydınlığı verən bambılı Vəzirov,
əslində, xalqın dövlət başçısına
bəslədiyi inam və etibarı itirmişdi. Ondan sonra Moskvanın əli ilə hakimiyyətə
gələn qətiyyətsiz A.Mütəllibov, azadlıq hərəkatının
dalğalarında iqtidara yiyələnən AXC-Müsavat
cütlüyü qorxaq və səriştəsiz hərəkətləri
ilə xalqla dövlət arasındakı uçurumu daha da dərinləşdirdilər.
Ümid və
etibarın yeganə ünvanı ulu öndər Heydər Əliyev
sayılırdı.
Xalqın ən böyük
istəyi onu yenidən dövlət sükanı arxasında
görmək idi!
Gec də olsa, Azərbaycan
xalqı istək və arzusuna qovuşdu, tarixi
qayıdış baş verdi!
Bununla da, Azərbaycanın
dövlət müstəqilliyi əbədiliyə
çevrildi!
Bununla da, xalq-rəhbər
birliyi real təcəssümünü tapdı!
Bununla da, Azərbaycanın
yeni dövranının, həqiqi inkişaf və yüksəlişinin
təməli qoyuldu!
Hamı anladı ki, Azərbaycan
xalqı və dövləti üçün Heydər Əliyev
siyasi kursunun alternativi yoxdur!
Ötən hər il bu inam və etibarı daha da artırır,
gücləndirir!
Novruzu dünya bayram etdi
Azərbaycanın təşəbbüsü
ilə BMT-nin Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz
Günü elan edib. Beləliklə, bu ildən
bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü
olan Novruzu bütün dünya bayram kimi qarşılayır.
Budəfəki bayram tonqalı əsrlərin
şahidi sayılan qədim Qız qalasının
önündə, dövlət başçısı cənab
İlham Əliyevin məşəli ilə alovlandı. Əslində, həmin gün ölkə
paytaxtındakı İçərişəhər və
Dövlətdəki
bolluq xalqın süfrəsindən məlum olar.
Dövlətin
inkişafı vətəndaşlarının rifahında
görünər.
Dövlətin
artan imkanları tikinti, quruculuq və abadlıq işlərində
əksini tapar.
Novruz
bayramı əslində, dediklərimizin təsdiqinə
çevrilmişdi. Hamı evində sil-süpür
aparıb, süfrəsini bayram şirniyyatı, yer-yemişlə
bəzəmişdi. İnsanların
üz-gözündən sevinc və fərəh yağır,
küçə və meydanlardan mahnı və musiqi sədaları
əskilmirdi. Son illərdə Bakı və
bütövlükdə ölkə ərazisi tikinti və
quruculuq meydanına çevrilmiş, abadlıq işlərinin
miqyası qat-qat genişlənmişdir. Bu
gün Azərbaycan təkcə ümumdaxili məhsul
istehsalının artımına görə yox, həm də
adambaşına düşən minik avtomobillərinin və
mobil telefonlarının sayına görə öncül yerdədir.
İçərişəhərdə xalq sənətinin,
milli oyun və tamaşaların, Dənizkənarı Milli
Parkda isə respublikanın bütün bölgələrini təmsil
edən şirniyyat, xörək və geyimlərin nümunələri
təqdim olunurdu.
Dövlət
başçısı cənab İlham Əliyev bayram şənliklərinə
xoş ovqat qatdı, musiqi parçalarını dinlədi,
yumurta döyüşdürdü, təamlardan daddı. İdmançılarla
şəkil çəkdirdi, onlarla qol güləşdirdi, pəhləvanların
qolunu qatladı. Bəli, bizim cavan, güclü,
idmanı sevən və sevdirən, gənclərimizin
sağlam və gümrah böyümələri, müasir
biliklərə yiyələnərək təhsil almalarına
hər cür şərait yaradan mehriban, hamımızın
qürur duyduğu Prezidentimiz var! O, Heydər Əliyev siyasi
kursunun ən layiqli davamçısıdır. Azərbaycanın
sürətli inkişafı, dünya birliyində söz
sahibinə çevrilməsi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həlli
Prezidentimizin gündəlik fəaliyyətinin əsas qayəsini
təşkil edir. Dövlət
başçısı İlham Əliyevin Novruz
bayramının leytmotivinə çevrilən parlaq, dərin
məzmunlu nitqi görülən və görüləcək
işlərin bir növ bəyannaməsi oldu.
Prezident qətiyyətlə,
inamla danışır, prinsipial mövqe sərgiləyirdi. Elə məqamlar
var ki, onları dönə-dönə vurğulamaq
lazımdır. Dövlət başçısı
hamını narahat edən bir nömrəli problemdən
danışdı: "Qarşımızda duran ən vacib, ən
əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həll olunmasıdır. Bu istiqamətdə müəyyən addımlar
atılıb və bu gün danışıqlar prosesində
Azərbaycanın mövqeləri daha da güclüdür.
Bu mövqelərin gücləndirilməsində,
əlbəttə ki, diplomatik səylərimizin rolu vardır.
Eyni zamanda Azərbaycanda gedən quruculuq və
inkişaf prosesləri, ölkəmizin güclənməsi, əlbəttə
ki, danışıqlar prosesində də mövqelərimizi
böyük dərəcədə möhkəmləndiribdir.
Biz bu gün iqtisadi cəhətdən bölgənin
ən inkişaf etmiş ölkəsiyik və bizdə olan
inkişaf başqa ölkələrlə müqayisə oluna
bilməz".
Ermənistan tərəfi
ikili standartlara, beynəlxalq qurum və təşkilatların
prinsipsiz mövqelərinə arxalanaraq
danışıqları uzatmağa çalışır,
sanki nəyəsə ümid edir. Prezident İlham Əliyev belə
ümidlərin xülya olduğunu bir daha vurğuladı:
"Biz danışıqlar prosesində öz prinsipial
mövqeyimizdən bir addım geri atmamışıq. Bir
neçə il bundan əvvəl nəyi
demişiksə, bu gün də həmin mövqeyin üstündə
dayanırıq. Azərbaycanın ərazi
bütövlüyü heç vaxt danışıqlar
mövzusu olmayıbdır və olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa
olunmalıdır. İşğalçı
qüvvələr işğal edilmiş bütün
torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları
oraya qayıtmalıdırlar".
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
başladığı ilk dövrlərdə mərkəzin məkri,
o dövrlərdə ölkəyə başçılıq
edənlərin maymaqlığı və qorxaqlığı
üzündən əhalidəki ov tüfəngləri belə
yığılaraq kənd və şəhərlərimiz
düşmən qarşısında müdafiəsiz vəziyyətdə
qoyulmuşdu.
Sonralar yaradılan, ayrı-ayrı qrupların və
partiyaların mənafeyinə xidmət edən
özünümüdafiə batalyonları isə
yaxşı silahlanmadığından və bir mərkəzə
tabe olmadığından torpaqların müdafiəsini təmin
edə bilmədi.
Ulu öndər
Heydər Əliyev xalqın arzu və tələbi ilə
yenidən dövlət rəhbərliyinə qayıtdıqdan
sonra nizami ordu quruculuğuna başladı. Ali hərbi məktəblər
yenidən formalaşdırıldı, peşəkar zabitlər
hazırlığı prosesi qaydaya salındı,
dövrün tələblərinə cavab verən ordu
yaradıldı. Heydər Əliyev siyasi
kursunu bu sahədə də uğurla davam etdirən cənab
İlham Əliyev müasir, modern ordu quruculuğunu inamla
başa çatdırdı. Milli Ordumuzun
yaranmasının 90 illiyinə həsr olunmuş hərbi parad
bunu bütün dünyaya nümayiş etdirdi. Möhtərəm
İlham Əliyev bir neçə il
öncə orduya Ermənistanın illik büdcəsi həcmində
vəsait ayrılacağına söz vermişdi. Bu vədini
də şərəflə yerinə yetirdi! Doğrudur,
düşmənlərimiz bundan təşvişə
düşür, bəzilərinə xoş gəlmir.
Dövlət başçısı bu məsələyə
də münasibət bildirdi: "Təsadüfi deyil ki, bizim
dövlət xərclərimizin əsas hissəsi müdafiə
məqsədlərinə yönəldilibdir. Bu
təbiidir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi həll olunandan
sonra əlbəttə ki, bu qədər böyük müdafiə
xərclərimizə ehtiyac olmaz. Bu gün
isə buna böyük ehtiyac vardır. Biz
müdafiə xərclərimizi ildən-ilə
artıracağıq, ordumuzu gücləndirəcəyik, yeni
silahlar alacağıq, elə edəcəyik ki, Azərbaycan
Silahlı Qüvvələri Ali Baş Komandanın əmrini
istənilən anda qısa müddət ərzində icra edə
bilsin".
Həyat
gerçəkliklərdən ibarətdir.
Siyasət
gerçəkliklərə söykənəndə daha
inamlı və real olur. Azərbaycanın bugünkü gerçəkliklərini
isə bütün dünya görür və qəbul edir.
Nədir onlar:
- Artıq Azərbaycan
güclü dövlətə çevrilib!
- Onun
düşünülmüş siyasət yeridən qətiyyətli
lideri var.
- Azərbaycan öz prinsipial
mövqeyindən heç zaman geri çəkilməyəcək!
Dövlət başçısına və ordusuna
güvənən ağdamlılar tikib-qurmaqla məşğuldurlar
1994-cü il
aprelin sonlarında ermənilərin Ağdama sonuncu hücumu
oldu. Məqsəd Yevlaxa çıxaraq dəmir
yolu qovşağını ələ keçirmək, Kür
çayınadək olan əraziləri işğal etmək
idi. Amma vəziyyət dəyişmişdi.
Xalqın arzu və tələbi ilə yenidən
ölkə rəhbərliyinə qayıdan ulu öndər
Heydər Əliyev fəaliyyətə
başlamışdı. Xalq və
silahlı birləşmələr ümidsiz vəziyyətdən
çıxmış, Kəlbəcər və Horadiz istiqamətində
düşmənə güclü zərbə endirilmişdi.
Ulu öndər Heydər Əliyev çox böyük
uzaqgörənliklə atəşkəsə nail oldu. Beləliklə, yeni qurbanlar verilməsinin və ərazilərin
işğalının qarşısı alındı, ordu
quruculuğuna başlanılması, iqtisadi böhrandan
qurtulması və islahatların keçirilməsi
üçün nəfəsdərdi yarandı. Doğma yurd-yuvasından qovulmuş yüz minlərlə
məcburi köçkünün yerləşdirilməsi,
onlar üçün minimum həyat şəraitinin
yaradılması da zəruri idi. Gecəni-gündüzə
qatan ulu öndər Heydər Əliyev yorulmaq və istirahət
bilmədən çalışır, bir neçə istiqamətdə
fəaliyyət göstərirdi.
Atəşkəs
ərəfəsində daha bir neçə kəndini itirən
ağdamlıların xeyli hissəsi Quzanlı bölgəsində
cəmlənmişdi. Bir neçə gün fasiləsiz
yağan bahar yağışı düzlərə və yol
kənarlarına tökülüb qalmış insanları
mitilinəcən islatmışdı. Adamlar
sellofan müşəmbələrə möhtac idi ki, birtəhər
altında daldalansınlar. O vaxtadək Quzanlı bölgəsində
15 minə yaxın əhali yaşayırdı. Qaçqın
və məcburi köçkünlərin axını bu rəqəmi
30 minə qaldırmışdı. Cəbhə
bölgəsinə yaxın kəndlərdə bir ins-cins
qalmamışdı. Adamlar gücləri
çatandan götürərək canlarını
qurtarmışdılar. Günlərlə
isti çay-çörək, yorğan-döşək
görməyənlər vardı. İndi
ağdamlılar həmin günləri qorxulu qarabasma, dəhşətli
anlar kimi xatırlayırlar. Amma unutmurlar! Pis gün
görməyənlər yaxşının qədrini bilməzlər
- deyib aqillər! Ağdamlılar bu günlərin də, bu
günləri onlara bəxş edənlərin də qədrini
yaxşı bilirlər! Tezliklə doğma torpaqlarına
qayıdacaqlarına isə bir an belə
şübhə etmirlər!
İşğal
ərəfəsində Ağdamda 160 min nəfər əhali
yaşayırdı. İndi ərazinin 17 faizi əlimizdədir.
Burada yaşayanların sayı artıq 90 mini
keçib. Bir vaxtlar sərhəd kəndlərini
saatlarla gəzəndə qarşına bir nəfər belə
çıxmırdı. Hazırda hər
tərəfdə canlanma duyulur. Xüsusən
də yaz-tarla işlərinin keçirildiyi vaxtda. Başqa yerdə yaşayanlar Ağdama
qayıtmağa növbə gözləyirlər, minnətə
düşürlər. Nə baş verib?
Bu istək, rayona dönmək həvəsi
haradan qaynaqlanır? Bunların əyani təzahürünü
görmək üçün təkcə Ağdama getmək,
baş verən dəyişikliklərin şahidi olmaq kifayətdir.
Dövlət
başçıları arasında yalnız ulu öndər
Heydər Əliyev qaçqına və məcburi
köçkünə yiyə durdu. Ondan əvvəlki
iqtidarlar qaçqın və məcburi köçkünlərin
problemləri ilə nəinki yaxından və planlı qaydada
məşğul olmurdu, əksinə, sanki hər şeydən
məhrum olunan və hər şeyə möhtac yeni insan
zümrəsinin yarandığını və onların ən
adi həyat şəraitlərinin təminatının
vacibliyini belə görmürdülər. Yalnız ümummilli lider Heydər Əliyev beynəlxalq
qurumların və humanitar təşkilatların diqqətini
bu problemin həllinə yönəltdi, şəxsi
nüfuzundan istifadə edərək imkanlı dövlətlərin
müharibə aparan və iqtisadiyyatı ağır durumda
olan Azərbaycanın ev-eşiyindən qovulmuş
insanlarına sistemli şəkildə yardım göstərilməsinə
nail oldu və bundan ötrü müvafiq mexanizm
yaradıldı. Ulu öndərin təşəbbüsü
və rəhbərliyi ilə qaçqın və məcburi
köçkünlərin hüquqi statusunun müəyyənləşdirilməsi
üçün qanunverici bazanın
formalaşdırılması və onlar üçün yeni
yaşayış məskənlərinin salınması
işinə də başlanıldı. Prezident İlham Əliyevin
rəhbərliyi dövründə isə bu proses daha da
sürətləndirildi, iki dəfə Dövlət
Proqramı qəbul edilərək uğurla yerinə yetirildi,
bütün çadır şəhərcikləri ləğv
olundu.
Ulu öndər
Heydər Əliyev tarixən çox qısa zamanda Azərbaycan
ordusunu yaratmışdı. Prezident İlham Əliyevin
rəhbərliyi altında bu gün həmin ordu Qafqazın ən
güclü, modern ordusuna çevrilib. Ali
Baş Komandan ildə bir neçə dəfə cəbhə
bölgəsində olur, hərbi hissələrə baş
çəkir, əsgərlərlə bir süfrə
arxasında əyləşir, söhbət edir. Təmas xəttindəki səngərlərə girərək
düşmən tərəfini müşahidə edir, ordunun
vəziyyətini, uğur və qayğılarını yerində
öyrənir. Artıq Azərbaycan ordusu ən
müasir silahlara, tank və təyyarələrə malikdir.
Müdafiə sənayesi silah-sursat istehsal edir,
orduya ayrılan vəsait ilbəil artırılır. Düşmən bundan bərk narahatdır.
Haqlı narahatlıqdır! Sülh danışıqları
fayda verməsə Ali Baş Komandanın əmri ilə ordu
öz sözünü deyəcək, müqəddəs
torpaqlarımızı murdar ləpirlilərdən təmizləyəcək!
Dövlətinin
və ordusunun gücünə arxalanan ağdamlılar hələ
ulu öndərin rəhbərliyi dövründən doğma
kəndlərinə qayıtmış, yerli həyatı
axarına salmışlar. Əlbəttə,
çətindir. Düşmən
tülkü kimi pusquya yataraq əkin-biçinlə məşğul
olan, mal-qara otaran dinc əhaliyə atəş açaraq qanını
tökür, öldürür. Bəzən
isə insanlar minaya düşürlər. Amma heç kim başqa yerə köçmək, əvvəllərdəki
kimi qaçqın şəhərciklərinə
qısılmaq niyyətində deyil! Hamı əmindir ki,
dövləti və ordusu onu etibarlı qoruyur, hərbi əməliyyatların
başlayacağı halda isə irəliyə gedəcəkdir!
İlk dəfə
olaraq Dövlət Neft Fondundan qaçqınlar və məcburi
köçkünlər üçün yeni qəsəbələr
salınmasına vəsait ayrılıb. Artıq
Ağdamda məcburi köçkünlərdən
ötrü hər cür şəraiti və müasir
infrastrukturu olan 16 qəsəbə salınıb. 4320 ailə təzə evlərə
köçürülüb, onların kənd təsərrüfatı
ilə məşğul olmalarına şərait
yaradılıb, təmənnasız kredit verilib. Son
dövrlərdə Ağdam ərazisində 24 yeni məktəb,
7 müasir tipli uşaq baxçası tikilib, 55,3 kilometr qaz xətti,
2 kilometr yeni yol çəkilib, kəndarası yolların bir
hissəsi təmir edilib. Maraqlı bir rəqəm: 2003-cü
ildən bəri 5270 ailə - 22.135 nəfər ağdamlı
Quzanlı bölgəsinə qayıdıb. Əhaliyə
tibbi xidmətin yaxşılaşdırılması
üçün ruhi əsəb və vərəm dispanserinin
tikintisi başa çatdırılıb, Quzanlıda yeni xəstəxana
istifadəyə verilib. Habelə yeni
uşaq xəstəxanasının və doğum evinin tikilməsi
məqsədilə dövlət başçısının
sərəncamı ilə 1 milyon manat ayrılıb. Azərbaycanda (yəqin ki, həm də dünyada)
ilk dəfə olaraq kənd yerində - Quzanlıda Olimpiya
İdman Kompleksi inşa olunub. Bu yaşayış məntəqəsi
o qədər sürətlə inkişaf etdi ki, Prezident
İlham Əliyev ona qəsəbə statusu verdi.
İndi ağdamlılar tezliklə
Quzanlını şəhər kimi görmək
arzusundadırlar. Bu sürətlə yəqin ki az zamanda istəklərinə çatacaqlar.
Ümumdaxili məhsul
istehsalının artım tempinə görə neçə
illərdir ki, Azərbaycan dünyada liderlik edir. Dünyanı
silkələyən qlobal maliyyə böhranı ölkəmizə
təsir etmədi. Azərbaycan
özünün enerji, nəqliyyat və ərzaq təhlükəsizliyini
təmin edib, iqtisadi sahədə keçid dövrünü
başa çatdırıb. Bütün
bunlar beynəlxalq qurumlar tərəfindən təsdiqlənən
uğurlarımızdır. Azərbaycanın
qətiyyətli və prinsipial dövlət
başçısı, düşünülmüş və
uzaqgörən siyasət yürüdən lideri var.
Xalq - rəhbər
birliyi nailiyyətlərin təməli olmaqla yanaşı həm
də güvənc və fəxarət mənbəyidir.
Xalq sevdiyinə
inanır, inandığını daim dəstəkləyir.
Bu birlik və dəstək
dünənin uğurları, bu günün ən çətin
problemlərinin həlli, sabahkı daha xoş və firavan həyatımız
deməkdir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2010.-13 aprel.-S.3-4.