2010-cu il fevralın 8-də Minsk şəhərində imzalanmış "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi arasında əməkdaşlıq qarşılıqlı fəaliyyət haqqında Saziş"ə dair 1, 2 3 nömrəli Protokollar"ın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il fevralın 8-də Minsk şəhərində imzalanmış "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi arasında əməkdaşlıq qarşılıqlı fəaliyyət haqqında Saziş"ə dair 1, 2 3 nömrəli Protokollar" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Protokolların həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Protokolların qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Belarus Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 aprel 2010-cu il

 

Azərbaycan.- 2010.-  14 aprel.- S.  2.