Sədərəkdə böyük infrastruktur layihələr həyata keçirilir

 

 Sədərək rayonunun inzibati mərkəzi Heydərabad qəsəbəsi Ermənistanla sərhəddə yerləşir. Son illər qəsəbədə müasir tipli obyektlər inşa olunub. Rayon icra hakimiyyəti, qəsəbə orta məktəbi üçün tikilmiş müasir binalar, salınmış yeni bağ parklar Heydərabadı, sözün həqiqi mənasında, abad əraziyə çevirib.

Rayonun suvarma suyu sarıdan da problemi yoxdur. Qəsəbə ərazisində 8 subartezian quyusu işlək vəziyyətə gətirilib, məhəllə evlərə yeni su xəttləri çəkilib. Bu hesaba bir vaxtlar düşmən güllələrinin, mərmi qırıntılarının dəlik-dəlik etdiyi ərazilər indi böyük yaşıllıq zolaqlarıdır. 1 hektar sahədə ərik, 4 hektarda alma bağı salınıb. Mədəniyyət istirahət parkı isə 2 hektar ərazini əhatə edir. Ötən il rayon mərkəzində həmçinin mini futbol meydançası, ikimərtəbəli 5 yaşayış binası istifadəyə verilib.

Sədərək rayonu Heydərabad qəsəbəsi ilə yanaşı, Sədərək Qaraağac kəndlərini əhatə edir. 4 min nəfərdən artıq əhalinin məskunlaşdığı Qaraağacda ötən il "Kənd mərkəzi" məişət evi, meyvə-tərəvəz saxlanılması üçün 100 tonluq soyuducu anbar inşa olunub. Bunlardan əlavə, rayon ərazisində avtomobil yollarının bərpası tikintisi diqqət mərkəzində saxlanılıb. İndi Heydərabad qəsəbəsini Sədərək kəndi ilə birləşdirən 6 kilometr uzunluğunda yolda avtomobillər rahat hərəkət edir.

Cari ildə sərhəd rayonunda böyük həcmdə quruculuq tədbirləri həyata keçirilir. Rayon icra hakimiyyətinin başçısı Abbasqulu Abbasovun sözlərinə görə, bu il Sədərək kəndində yeni obyektlər inşa olunur. Kənddə rayon mərkəzi xəstəxanası üçün 26 çarpayılıq üçmərtəbəli bina tikilir. Müasir standartlar əsasında inşa olunan səhiyyə ocağında stasionar, təcili yardım poliklinika şöbələri fəaliyyət göstərəcək. Hər şöbə üçün normal şərait yaradılacaq. Palatalar iki çarpayılıq olacaq, səhiyyə müəssisəsi müasir tibbi avadanlıqlarla təmin ediləcək. Bundan savayı, kənddə Qaz İstismar Sahəsi, rabitə energetika müəssisələri üçün yeni inzibati binalar 630 yerlik orta məktəb inşa olunur. 8 min nəfərə yaxın əhalinin yaşadığı kənddə bir neçə təhsil ocağı fəaliyyət göstərsə , yeni məktəbin inşasına ciddi ehtiyac var idi. Təhsil ocağı sərhəd xəttinin yaxınlığında tikilir. 3 korpusdan 4 mərtəbədən ibarət, müasir layihə əsasında inşa olunan məktəbdə sinif otaqları ilə yanaşı, kitabxana, hərbi kabinet, idman zalı, laboratoriya, kompüter otağı s. olacaq. İnşasına cari ilin mart ayının əvvəllərindən başlanılan obyektdə hazırda dəmir-beton konstruksiya işləri görülür. Məktəb cari dərs ilinin əvvəlinədək istifadəyə veriləcək.

Rayon ərazisində reallaşan böyük infrastruktur layihələrindən biri Naxçıvan-Sədərək avtomobil yolunun tikintisidir. Bu işlə "Gəmiqayayol, su, enerji" MMC məşğul olur. Şirkətin maddi-texniki imkanları yüksəkdir, maşın mexanizmləri əsasən ABŞ-ın "Kat" Almaniyanın "Mersedes" firmalarına məxsusdur. Məhsuldarlığı ilə seçilən asfaltyayan maşınlar isə İtaliya mənşəlidir.

87 kilometr uzunluğunda olan magistral yolun yenidən qurulması iki mərhələdə həyata keçirilir. İlkin mərhələdə görülən işlərə ötən ilin avqust ayında yekun vurulub. Hazırda ikinci mərhələ üzrə işlər aparılır. Cari ilin ikinci yarısınadək yenidənqurmanın başa çatdırılması nəzərdə tutulur. Onu da qeyd edək ki, Avropa standartları əsasında qurulan magistral yol 4 zolaqlıdır yola 20 santimetr qalınlığında asfalt-beton örtüyü çəkilir.

RİH başçısı Abbasqulu Abbasovun sözlərinə görə, sərhəd xəttində yeni qəsəbənin salınması ideyası ötən əsrin 70-ci illərinin sonlarından yaranıb. Özü bu ideya ulu öndər Heydər Əliyevə məxsusdur. Sonralar müdrik siyasətçi bu barədə belə demişdir: "Mən Azərbaycanın başçısı olduğum zaman kənddən, yəni Sədərəkdən aralı bir qəsəbənin salınması haqqında qərar verdim. üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir, deyirdilər".

Ərazidə inşaat işlərinə 80-ci illərin əvvəllərində başlanıldı. Plana uyğun olaraq sərhəd xəttində üzümün ilkin emalı müəssisəsi, orta məktəb, uşaq bağçası, 75 ikimərtəbəli yaşayış evi tikildi. Amma sonrakı illərdə işlər yarımçıq qaldı.

Bu gün ümummilli liderin arzusu həyata keçib. Ərazidə nəinki qəsəbə salınıb, hətta Sədərəyə rayon statusu verilib o, sürətlə inkişaf edir, abadlaşır. Yerli sakinlər isə sərhəd bölgəsinə, onun inkişafına göstərilən bu qayğı diqqətə görə, ilk növbədə, ölkə başçısına minnətdardırlar.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2010.- 13 aprel.- S.  7.