MDB-nin Gənclərlə İş üzrə Şurasının iclası

 

Aprelin 13-də Bakıda MDB-nin Gənclərlə İş üzrə Şurasının iclası öz işinə başlamışdır. İclasda Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan hökumətlərinin nümayəndələri iştirak edirlər.

İclas iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər.

Şəhidlər xiyabanında olan qonaqlar Azərbaycanın azadlığı suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmişlər.

İclasın açılışında çıxış edən gənclər idman naziri Azad Rəhimov Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətindən danışmışdır. Nazir bildirmişdir ki, məsafədən asılı olmayaraq müxtəlif ölkələrin gəncləri arasında daim əməkdaşlıq olmalı, birgə layihələr həyata keçirilməli təcrübə mübadiləsi aparılmalıdır. Vurğulanmışdır ki, Şuranın fəaliyyət planına əsasən, gənclər müxtəlif sahələrdə əməkdaşlığı davam etdirəcəklər.

Tədbirdə bildirilmişdir ki, 2005-ci ildə MDB hökumət başçılarının razılığına əsasən, iştirakçı dövlətlərin Gənclərlə İş üzrə Şuranın iclaslarının ildə iki dəfə keçirilməsi qərara alınmışdır. Şuranın son iclası 2009-cu ilin noyabrında Astanada keçirilmişdir. Bu iclasda isə MDB-də gənclər ilinin başa çatması ilə əlaqədar ümumi nəticələr, Şuraya üzv dövlətlərin birgə fəaliyyətlə bağlı gələcək planları müzakirə olunacaqdır.

İki gün davam edəcək iclasda 2010-cu il üzrə fəaliyyət proqramı hazırlanacaq Şuranın Əsasnaməsinə dəyişikliklər ediləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14  aprel.- S.  3.