"Nəqliyyat sektoru üçün beynəlxalq səviyyəli logistlərin hazırlanmasının perspektivləri" mövzusunda seminar keçirilmişdir

 

Aprelin 12-də Bakıda Milli Aviasiya Akademiyasının (MAA), Beynəlxalq Logistika Rusiya Milli Logistika assosiasiyalarının birgə təşkilatçılığı ilə "Nəqliyyat sektoru üçün beynəlxalq səviyyəli logistlərin hazırlanmasının perspektivləri" mövzusunda seminar keçirilmişdir.

Tədbirin məqsədi logistika sahəsi üzrə mütəxəssislərin beynəlxalq standartlara uyğun hazırlanması, beynəlxalq nəqliyyat daşımalarında logistik metodların daha da inkişaf etdirilməsi, yeni logistik sistem texnologiyaların tətbiqi istiqamətində fikir mübadiləsidir.

Rusiya Milli Logistika Assosiasiyasının prezidenti, iqtisad elmləri doktoru, professor Viktor Sergeyev seminarın əhəmiyyətindən danışmışdır. Bu gün beynəlxalq nəqliyyat daşımalarında logistik metodlardan geniş istifadə olunduğu diqqətə çatdırılmış, bu sahədə ölkələrarası əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Natiq logistikanın biznes sahəsinin mühüm tərkib hissələrindən birinə çevrildiyini MDB ölkələrində bu sahəni daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu söyləmişdir. Logistikanın inkişafına görə dünyada birinci olan Almaniyanın təcrübəsindən bəhrələnməyin vacibliyi, eləcə beynəlxalq logistika mərkəzlərinin yaradılmasının əhəmiyyəti qeyd edilmişdir.

Sonra Beynəlxalq Logistika Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Valentina Dıbskayanın MAA-nın müəllimi Vüqar Novruzovun məruzələri dinlənilmişdir.

Ölkəmizdə logistikanın inkişafı sahəsində görülən işlərdən danışan V.Novruzov bildirmişdir ki, Azərbaycanda "Nəqliyyat sistemlərinin logistikası" ixtisası üzrə mütəxəssislərin hazırlığına 2006-cı ildən başlanmışdır. Cari ildə MAA-da bu ixtisas üzrə 13 tələbə təhsilini başa çatdıracaqdır. Burada, həmçinin logistikanın metodoloji nəzəri əsaslarının formalaşdırılması istiqamətində aparılır. Yaxın illərdə logistika üzrə mütəxəssislərə tələbatın artacağını nəzərə alaraq, akademiya tərəfindən bu istiqamətdə tədbirlərin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir.

 

 

Azərbaycan.- 2010.-  13 aprel.- S.  9.