Azərbaycanın xarici işlər naziri Almaniya Bundestaqının deputatı ilə görüşmüşdür
Azərbaycanın Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən
bildirmişlər ki, aprelin 13-də nazir Elmar Məmmədyarov
Almaniya Bundestaqının deputatı, Almaniya-Azərbaycan dostluq
qrupu sədrinin müavini Viola von Kramon Taubadelin ilə
görüşmüşdür.
V.Taubadelin Azərbaycan ilə Almaniya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək regionda cərəyan edən proseslərlə maraqlanmışdır.
Nazir E.Məmmədyarov ölkəmizin xarici siyasətinin başlıca prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə almaniyalı qonağa ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, münaqişənin tezliklə həlli üçün ilk növbədə, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalı, sonra regionda bütün kommunikasiyalar açılmalı, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalı, onların yaşayışı üçün normal həyat şəraiti yaradılmalı və sonda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun statusu müəyyənləşməlidir.
Nazir yalnız bu nizamlanma şərtləri ilə regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü bildirmişdir.
Görüşdə qarşılıqlı
maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2010.- 14 aprel.- S. 3.