Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1. Azərbaycan Respublikasının Dəvəçi rayonu Şabran rayonu adlandırılsın, Dəvəçi rayon inzibati ərazi vahidi Şabran rayon inzibati ərazi vahidi hesab edilsin.

2. Dəvəçi şəhər inzibati ərazi dairəsi tərkibindəki Dəvəçi şəhəri Şabran şəhəri adlandırılsın, Dəvəçi şəhər inzibati ərazi dairəsi Şabran şəhər inzibati ərazi dairəsi hesab edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2010-cu il.

 

Azərbaycan.- 2010.- 14 aprel.- S.  1.