Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası
arasında əməkdaşlıq
intensivləşir
Aprelin 15-də İspaniyanın paytaxtı Madriddə Avropa Xalq Partiyasının (AXP) üzvü olan ölkələrin iqtisadiyyat və maliyyə nazirlərinin konfransı keçiriləcəkdir. Konfransa Yeni Azərbaycan Partiyası da qatılacaqdır.
Tədbirdə quruma daxil olan dövlətlər arasında münasibətlərin perspektivləri, maliyyə problemləri və dünya iqtisadi böhranından çıxış yolları müzakirə ediləcəkdir.
AXP-nin Avropanın nüfuzlu qurumlarından olduğunu deyən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov vurğulamışdır ki, YAP ilə AXP arasında əməkdaşlıq getdikcə daha da intensivləşir. Bu əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiya prosesini sürətləndirən vacib elementlərdən biridir. Digər tərəfdən isə bu, YAP-ın Avropa strukturları və bölgənin ən güclü partiyaları ilə əməkdaşlığı genişləndirilməsinin sübutdur.
Əli Əhmədov bildirmişdir ki, AXP-yə Almaniyanın federal kansleri Angela Merkelin, Fransa Prezidenti Nikola Sarkozinin rəhbərlik etdiyi partiyalar, ümumilikdə isə Avropa dövlətlərinin 70-dən çox nüfuzlu partiyası daxildir. Onun sözlərinə görə, AXP-nın prezidenti, Belçikanın keçmiş baş naziri Vilfred Martinsin Azərbaycana səfəri AXP-nin ölkəmizə verdiyi önəmin təzahürüdür. V.Martins Avropada münasibətlərin formalaşmasında çox nüfuzlu siyasətçilərdən biridir.
Azərbaycan.- 2010.- 14 aprel.- S. 4.