Qəhrəmanlıq zirvəsi

 

Muğam Teatrında Vətən torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş Nazim İbrahim oğlu Cəbrayılovun anadan olmasının 60 illiyi ilə bağlı xatirə mərasimi keçirildi. Teatrın direktoru Arif Qazıyev öz çıxışında bildirdi ki, bu qədim klassik ünvanda müxtəlif tədbirlər, yubiley gecələri keçirilsə , birinci dəfədir ki, şəhidlə bağlı belə möhtəşəm mərasim hazırlanıb.

Gecənin aparıcısı əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov igidliyin son zirvəsinə yüksəlmiş Nazim İbrahimov haqqında ətraflı danışdıqdan sonra sözü akademik Vasif Məmmədəliyevə verdi. O, qəlblərdə abidəsini ucaltmış Nazim Cəbrayılovun qısa, lakin mənalı həyatından danışaraq şəhidlərin əbədi olduğunu bildirdi. Milli Məclisin deputatlarından Qənirə Paşayeva, Aqil Abbas, tarix elmləri doktoru Vəli Əliyev, tarzən Ramiz Quliyev, "Azərbaycan" qəzetinin şöbə müdiri Flora Xəlilzadə, şəhidin sinif yoldaşı Çimnaz Əliyeva, yazıçı Seyran Səxavət, filologiya elmləri doktoru Vaqif Arzumanlı başqaları çıxış edərək şəhidin həyat yoldaşı Rəhilə Orxanın "Ölməzliyə abidə" kitabının məziyyətlərindən danışdılar. Bu kitab Nazim Cəbrayılovun şərəfli döyüş ömür yolunu işıqlandıran mənbə kimi qiymətləndirildi.

Mərasimdə Azərbaycan incəsənət ustaları qəhrəmanlıq vətənpərvərlik hisslərini tərənnüm edən mahnılar oxudular. Əməkdar artist Zeynəb Behbudovanın ifasında səslənən "Heyratı" məclis iştirakçılarına gözəl təsir bağışladı.

Məclisin sonunda Rəhilə Orxan çıxış edərək ömür-gün yoldaşı, Azərbaycanın vətənpərvər oğlu, şəhid Nazim Cəbrayılov haqqında xoş sözlər deyən insanlara minnətdarlığını bildirdi.

 

 

Azərbaycan.- 2010.- 14 aprel.- S.  6.