Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuku diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuku diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlətimizin başçısı Boris Klimçukun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin möhkəmləndiyini vurğulayaraq ötən dövr ərzində nəzərdə tutulan məsələlərin bir çox hissəsinin həyata keçirildiyini qeyd etdi. Səfirin Azərbaycan-Ukrayna əlaqələrinin genişlənməsi işinə öz töhfəsini verdiyini bildirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Boris Klimçuk ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Diplomat ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  21 aprel.- S.  1.