Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Yuri Merzlyakov ATƏT-in Minsk qrupunun Rusiyadan olan yeni həmsədri İqor Popovu dövlətimizin başçısına təqdim etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  21 aprel.- S.  1.