Qaçqınların məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 7, maddə 392; 2001-ci il, ¹ 11, maddələr 676, 699, ¹ 12, maddə 731; 2007-ci il, ¹ 11, maddə 1053) 12-ci maddəsinin ikinci hissəsində “16 yaşına çatmış ailə üzvlərinə müəyyənləşdirilmiş nümunədə” sözləri “ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2010-cu il.

 

Azərbaycan.- 2010.-  21 aprel.- S.  1.